İran tərəfindən azad edilən Yaponiya vətəndaşı Azərbaycandadır və tezliklə vətəninə qayıda biləcək.


Moderator.az xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi "Fuji TV"nin efirində bildirib.






O vurğulayıb ki, İranda saxlanılan ikinci yaponiyalının azad edilməsi istiqamətində işlər davam etdirilir.


"Biz ikinci vətəndaşımızın tezliklə azad edilməsi üzərində işləyirik", - Moteqi bildirib.