Moderator.az xəbər verir ki, hadisə nəticəsində təyyarə planlaşdırılan marşrutu davam etdirə bilməyib və təhlükəsizlik prosedurlarına uyğun olaraq geridönüş qərarı verilib.
Məlumata əsasən, təyyarənin göyərtəsində azərbaycanlı müğənnilər Almaxanım Əhmədli və Talıb Tale də olub.
“Aeroflot”un yaydığı açıqlamada bildirilib ki, eniş uğurla həyata keçirilib, hər iki mühərrik normal işləyib və təyyarədə texniki nasazlıq qeydə alınmayıb. Təyyarə enişdən sonra dayanacaq yerinə yönləndirilib.