"Tottenhem”in baş məşqçisi İqor Tudor Premyer Liqada “Nottingem Forest”lə oyundan sonra (0:3) keçirilən mətbuat konfransına qatılmayıb.






Moderator.az xəbər verir ki, “Tottenhem”in məşqçisi ailə faciəsi səbəbindən konfransda iştirak etməyib.


Onun köməkçisi Bruno Saltor deyib:


“Şəxsi və ailə məsələləri. Ünsiyyət üçün ən yaxşı vaxt deyil”.


İngiltərə mətbuatın məlumatına görə, oyundan əvvəl Tudorun atası vəfat edib.