Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.


Moderator.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.






Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Faiq Məmmədlinin sürdüyü "Hyundai Sonata" avtomobili idarəetmədən çıxıb yol kənarındakı kanalın üzərindən aşaraq əkin sahəsinə düşüb.


Qəza nəticəsində sürücü və həyat yoldaşı 1990-cı il təvəllüdlü Xanım Məmmədli xəsarət alıblar.


Deformasiyaya uğrayan avtomobildə ağır xəsarət alan ər-arvad rayon xəstəxanasına hospitalizasiya olunublar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra qadın Reanimasiya şöbəsinə yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.