Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası göndəriləcək
25 Mar 2026, 10:46 4 baxış 1 dəq oxuma
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası göndəriləcək.
Moderator.az-ın əldə etdiyi məlumata görə, yük 5 vaqon təşkil edir.
Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək, daha sonra Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Qeyd edək ki, sonuncu dəfə, yəni martın 19-da Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 488 ton Rusiya taxılı göndərilib.