Tərtər rayonunda zəhərlənmə qeydə alınıb. 
 




Moderator.az xəbər verir ki, hadisə martın 22-si saat 17 radələrində qeydə alınıb.
 
Şıxarx qəsəbə sakini 1977-ci il təvəllüdlü Yalçın Qasım oğlu Atakişiyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib, vəziyyəti qənaətbəxşdir. Onun qəsəbə ərazisində yerləşən kafelərdən birində yediyi göbələkdən zəhərləndiyi bildirilir. 
 
Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.