Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyat etdirən qadınları tənqid edib. 


Moderator.az xəbər verir ki, müğənni "Günorta görüşərik" proqramında qonaq olan zaman qatıldığı bir məkanda gördüyü mənzərəni pisləyib. O bildirib ki, orada olan xanımların əksəriyyəti üzündə, dişində xoşagəlməz formada dəyişiklik edib:






"Qarşımda dörd-beş qadın oturmuşdu. əcaib bir şey idi. Yandan, qabaqdan görüntü, dişlər, dodaq əcaibdir. Bu, nə görüntüdür? Hara gedirsiniz, sonunuz nə olacaq sizin? Bizim bəlli bir yaşımız var. Bunlar 20-21 yaşında qız sağlam dişlərini yondurub, başqasını qoydurur"


(axşam.az)