Hava şəraiti və yollarda yaranan sıxlıqla əlaqədar olaraq, "FIFA Series - 2026" beynəlxalq turniri çərçivəsində bu gün keçiriləcək Azərbaycan - Sent-Lüsiya oyununun başlanma saatı dəyişdirilib.


Moderator.az xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.






Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşmaya FIFA ilə razılığa əsasən, saat 19:10-da start veriləcək.


Qeyd edək ki, matç saat 19:00-da başlamalı idi.