Lənkəran-Lerik magistralının Lənkəranın Şağlaküçə kəndi ərazisindən keçən hissəsində avtomobillər toqquşub.






Moderator.az xəbər verir ki, "Toyota Prius" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Xəsarət alanların şəxsiyyəti məlum olub:


- Mirşamil Namiq oğlu Hüseynzadə (1997-ci il təvəllüdlü, Xarxatan kəndi)


- Mirabidin Asəf oğlu Məmmədzadə (1997-ci il təvəllüdlü, Xarxatan kəndi)


- Aydan Eldar qızı Alxaslı (2005-ci il təvəllüdlü, Şovu kəndi)


- Elgin Cavad oğlu Məmmədli (2004-cü il təvəllüdlü, Şovu kəndi)


- Fərid Mübariz oğlu Ələsgərli (2005-ci il təvəllüdlü, Rvo kəndi)


Faktla bağlı araşdırma aparılır.