Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.
 




Bu barədə Moderator.az -a FHN-in mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, görülmüş tədbirlər nəticəsində 20-si azyaşlı olmaqla ümumilikdə 84 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.
 
Hazırda FHN-in qüvvələri tərəfindən bu istiqamətdə işlər davam etdirilir.