17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti oyununu bu gün keçirəcək.
 




Moderator.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Malta yığması ilə üz-üzə gələcək.
 
Bolqarıstanın Plovdiv şəhərində baş tutacaq matç Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
 
Xatırladaq ki, B liqasının 2-ci qrupunda yer alan U-17 2 xalla üçüncü pillədə qərarlaşıb. Milli daha əvvəl Bolqarıstan (1:1) və Litva (0:0) ilə heç-heçə edib.