Bakıda kişi sükan arxasında ölüb.
 




Moderator.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Zirə qəsəbəsinin ərazisində baş verib.
 
Paytaxt sakini olan 56 yaşlı İbrahim Əli Fəttah oğlu Səttarov idarə etdiyi “VAZ-21011” markalı avtomobildə ölüb. Onun ürək çatışmazlığından öldüyü bildirilir.
 
Araşdırma aparılır.