DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsi bu gün sona çatır.


Moderator.az xəbər verir ki, mundiala gedən A, B, C və D yollarında ümumilikdə dörd qarşılaşma baş tutacaq.






Türkiyə yığması Kosovo seçməsi ilə həlledici duelə çıxacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.


Qeyd edək ki, final mərhələlərinin taleyinə cəmi bir oyunda aydınlıq gələcək.


DÇ-2026


Pley-off


Final


A yolu


22:45. Bosniya və Herseqovina - İtaliya.


B yolu


22:45. İsveç - Polşa.


C yolu


22:45. Kosovo - Türkiyə.


D yolu


22:45. Çexiya - Danimarka.


Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-dək davam edəcək möhtəşəm DÇ-2026-da ümumilikdə 48 komanda qızıl kubok uğrunda mübarizə aparacaq.