21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.
 




Moderator.az xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv səfərdə Bolqarıstan komandası ilə üz-üzə gələcək.
 
Qarşılaşma Plovdiv şəhərində, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
 
Xatırladaq ki, U-21 altı komandanın yer aldığı B qrupunda 5 xalla beşinci pillədə qərarlaşıb. Meydan sahibləri 10 xalla dördüncüdür.