Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.


Moderator.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Gözbarax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.






Belə ki, "VAZ-2107" və "VAZ-2109" markalı avtomobillər toqquşub, nəticədə iki nəfər xəsarət alıb.


Qeyd edək ki, qəza zamanı xəsarət alanlardan biri - "VAZ-2107"nin sürücüsü Ramazan Mahmudov Vətən müharibəsi şəhidi Natiq Mahmudovun atasıdır.