Ermənistanın Baş naziri Nikol Paşinyan Moskva ilə münasibətlərin İrəvan üçün vacib olduğunu bəyan edib.


Moderator.az xəbər verir ki, o bunu Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.






"Azərbaycanla sülh İrəvan-Moskva münasibətlərinə müsbət təsir göstərir", - Paşinyan vurğulayıb.


O, həmçinin Ermənistanın tezliklə Azərbaycan vasitəsilə Rusiyaya mal ixrac edəcəyinə ümidvar olduğunu bildirib.


"Azərbaycan ərazisindən dəmir yolu daşımaları Ermənistanla Rusiya arasında iqtisadi münasibətlərin inkişafına kömək edir", - Paşinyan qeyd edib.