Londonun "Çelsi" klubu 2025-ci iyunun 30-da başa çatmış maliyyə ili üçün hesabat dərc edib.


Moderator.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.






Hesabata görə, vergiqoymadan əvvəlki zərər 262.4 milyon funt-sterlinq təşkil edib. Bu göstərici İngiltərə Premyer Liqa tarixində ən yüksək göstərici olub və "Mançester Siti"nin 2010/11 mövsümündə müəyyən etdiyi əvvəlki antirekordu təzələyib.


Hesabatın dərci agent komissiyalarına çəkilən xərclərlə bağlı məlumatlarla üst-üstə düşüb. Burada da "Çelsi" bir il ərzində İngiltərənin istənilən klubundan daha çox - 65.1 milyon funt xərcləyərək Premyer Liqada liderlik edir.


Klub maliyyə göstəricilərinin bu dərəcədə kəskin pisləşməsini 2023/24 mövsümü ilə müqayisədə əməliyyat xərclərinin artması ilə izah edib.