Azərbaycanın üçqat Avropa çempionu Rauf Məmmədov Almaniyanın Karlsrue şəhərində keçiriləcək "Grenke" şahmat festivalında iştirak edəcək.


Azərbaycan Şahmat Federasiyasından Moderator.az-a verilən məlumata görə, ənənəvi beynəlxalq yarış aprelin 2-6-sı aralığında baş tutacaq.






Qeyd edək ki, yarışda həmçinin Sabiq dünya çempionu, FIDE reytinqinin lideri Maqnus Karlsen də iştirak edəcək.