Abşeron rayonu, Saray qəsəbəsində 1 nömrəli tam orta məktəb əsaslı təmir olunacaq.


Moderator.az-ın məlumatına görə, işlərin həyata keçirilməsi ilə bağlı müvafiq prosedurlara start verilib.






Bundan başqa, 960 şagird yerlik əlavə korpusun tikintisi də nəzərdə tutulur.


Sözügedən prosesə xərclənəcək ilkin ehtimal olunan məbləğ 1 392 069 manatdır.