İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu göstərdiyi həmrəylik və dəstəyə görə Azərbaycana təşəkkür edib.
 




Moderator.az xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında danışıb.
 
Səfir bildirib ki, sayca 3-cü yardım karvanı bu gün İrana yola salınıb:
 
"Bu yardım karvanı Azərbaycan hökumətinin və xalqının həmrəyliyini göstərir. İranın hərbi hücuma məruz qaldığı bir dövrdə bu cür dəstək bizim üçün çox önəmlidir. Azərbaycan İrana humanitar yardım göndərən ilk dövlətdir".