Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları dəyişib.


Moderator.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.






İndiyə qədər qiymətləndirilmə meyarları və hər bir meyar üzrə qiymətləndirilmə aparılarkən təyin ediləcək bal hədləri aşağıdakı cədvələ əsasən müəyyən edilib:


 


































Meyarlar



Qiymətləndirilir


(bal ilə)



1. Mütəxəssis olduğu sahədə təcrübəsi



0 – 35



2. Ölkənin sosial-iqtisadi inkişaf istiqamətləri ilə uyğunluğu



0 – 20



3. Təhsili



0 – 15



4. Maliyyə təminatı



0 – 15



5. Daxili əmək bazarına müsbət təsiri



0 – 10



6. Xarici dil bilikləri



0 – 5



 


Dəyişikliyə əsasən, artıq qiymətləndirilmə meyarları və hər bir meyar üzrə qiymətləndirilmə aparılarkən təyin ediləcək bal hədləri aşağıdakı cədvələ əsasən müəyyən ediləcək:


 


 


























Meyarlar



Qiymətləndirilir (bal ilə)



1. Mütəxəssis olduğu sahədə təcrübəsi



0 – 55



2. Ölkənin sosial-iqtisadi inkişaf istiqamətləri ilə uyğunluğu



0 – 20



3. Maliyyə təminatı



0 – 15



4. Daxili əmək bazarına müsbət təsiri



0 – 10