Biləsuvar rayonunda qadın meyiti aşkarlanıb.


Moderator.az xəbər verir ki, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.







Kənd sakini, 1985-ci il təvəllüdlü Xalidə Ağabəy qızı Rüstəmovanın meyiti yaşadığı evin həyətindəki tikilidə aşkar edilib.




Qeyd olunub ki, X.Rüstəmova iki uşaq anası olub.



Faktla bağlı araşdırma aparılır.