Bu gün Misli Premyer Liqasında 26-cı tur başa çatacaq.


Moderator.az xəbər verir k, sonuncu - 3-cü oyun gününə 3 matç nəzərdə tutulub.






Əvvəlcə "İmişli" "Turan Tovuz"u qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Komandaların 1-ci və 2-ci dövrələrdəki matçlarında 1 dəfə "Turan Tovuz" qalib gəlib, 1 dəfə heç-heçə qeydə alınıb.


17:15-də start götürən oyunda "Şamaxı" "Zirə"nin qonağıdır. Komandalar arasında 1-ci dövrədə "Zirə", 2-ci dövrədə isə "Şamaxı" üstün olub.


19:30-da başlayacaq qarşılaşmada isə "Sabah" "Araz-Naxçıvan"la üz-üzə gələcək. Sözügedən kollektivlərin oyunlarında 1-ci dövrədə heç-heçə, 2-ci dövrədə "Sabah"ın qalibiyyəti qeydə alınıb.


7 aprel (çərşənbə axşamı) 


17:15. “Zirə” - “Şamaxı” - 0:0 (Birinci hissə)

Zirə İdman Kompleksinin stadionu


19:30. “Araz-Naxçıvan” - “Sabah”

“Liv Bona Dea Arena”


15:00. “İmişli” - “Turan Tovuz” - 1:1 


Qollar: D.Kardozu, 45 (1:0),  Mark Rene Mampassi, 53 (1:1)

Quba OİK stadionu


5 aprel (bazar)


“Kəpəz” - “Qəbələ” - 0:2 


“Sumqayıt” - “Neftçi” - 1:3


6 aprel (bazar ertəsi)


“Qarabağ” - “Karvan-Yevlax” - 7:0



Bombardirlər:


Coy Lens Mikels (“Sabah”) - 15 qol


Bassalu Sambu ("Neftçi") - 10 qol


Velko Şimiç (“Sabah”) - 10 qol


Emin Mahmudov ("Neftçi") - 9 qol


Karim Rossi ("Şamaxı") - 9 qol


Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 8 qol


 


(qol.az)