Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.


Moderator.az-ın məlumatına görə, Cəlilabad rayon Maşlıq kənd sakini, 1995-ci il təvəllüdlü Qəhrəman Əliyev Bakı şəhərində yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.






Hadisənin Q. Əliyevin hamam otağında olan zaman baş verdiyi bildirilib.


Mərhumun 3 uşaq atası olduğu və paytaxtda tikintidə çalışdığı qeyd olunub. O Cəlilabadın Maşlıq kəndində dəfn olunacaq.