Şirvan şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib.
 




Moderator.az-ın məlumatına görə, şəhər ərazisində fəaliyyət göstərən “Pizza Time” restoranında qidalanan 6 nəfər zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
İlkin ehtimallara görə, zəhərlənmənin səbəbi həmin şəxslərin restoranda yedikləri göbələklər olub.
 
Faktla bağlı araşdırma aparılır.