Xaçmazda faciəli hadisə baş verib. 
 




Moderator.az xəbər verir ki, hadisə rayonun Sibiroba kəndində qeydə alınıb. 
 
Kənd sakini, 1989-cu il təvəllüdlü Rəşad Şixəmməd oğlu Məmmədov kəndin ərazisindən keçən kanala yıxılaraq boğulub. 
 
Onun epilepsiya xəstəsi olduğu bildirilir. 
 
R.Məmmədovun meyiti sudan çıxarılmışdır.
 
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.