Bu gün UEFA Avropa Liqasının 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək.


Moderator.az xəbər verir ki, İtaliya təmsilçisi “Bolonya” İngiltərənin “Aston Villa” klubunu qəbul edəcək.






Portuqaliya təmsilçisi “Portu”ilə İngiltərənin “Nottingem Forest” klubu üz-üzə gələcək. Qarşılaşmalar Bakı vaxtı ilə 23:00-da start götürəcək.


UEFA Avropa Liqası

1/4 final mərhələsi


9 aprel


23:00. “Frayburq” (Almaniya) - “Selta Viqo” (İspaniya);

23:00. “Bolonya” (İtaliya) - “Aston Villa” (İngiltərə);

23:00. “Portu” (Portuqaliya) - “Nottingem Forest” (İngiltərə).


Qeyd edək ki, 1/4 mərhələsinin dünən baş tutan ilk görüşündə Portuqaliya təmsilçisi “Braqa” İspaniya klubu “Real Betis”lə 1:1 hesablı heç-heçə edib.