Bu axşam UEFA Konfrans Liqasının 1/4 final mərhələsinə start veriləcək.


Moderator.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçiriləcək.






Günün ilk matçında İspaniya təmsilçisi “Rayo Valyekano” Yunanıstanın AEK (Afina) klubu ilə üz-üzə gələcək. Bu qarşılaşma 20:45-də, digər 3 görüş isə 23:00-da baş tutacaq.


UEFA Konfrans Liqası


1/4 final mərhələsi


9 aprel


20:45. “Rayo Valyekano” (İspaniya) - AEK (Afina, Yunanıstan);


23:00. “Kristal Pelas” (İngiltərə) - “Fiorentina” (İtaliya);


23:00. “Maynts 05” (Almaniya) - “Strasburq” (Fransa);


23:00. “Şaxtyor Donetsk” (Ukrayna) - “AZ Alkmaar” (Niderland).