Bu gün Azərbaycan Premyer Liqasında XXVII tura start veriləcək.



Moderator.az xəbər verir ki, turun açılış oyununda "Karvan-Yevlax" "Kəpəz"lə üz-üzə gələcək.







Yevlax şəhər stadionunda baş tutacaq qarşılaşmanı baş hakim Nicat İsmayıllı idarə edəcək. Hazırda Azər Bağırovun komandası 21 xalla turnir cədvəlinin 10-cu, Fizuli Məmmədovun kollektivi isə 8 xalla 12-ci pilləsində qərarlaşıb.



Azərbaycan Premyer Liqası, XXVII tur

10 aprel

15:30. “Karvan-Yevlax” – “Kəpəz”


Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev

VAR: Emin Əliyev

AVAR: Elçin Məsiyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Novruz Əzimov

Yevlax şəhər stadionu



Qeyd edək ki, tura aprelin 12-də yekun vurulacaq.