Xaçmazda piyadanın ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Moderator.az-ın məlumatına görə, hadisə rayonun Həsənqala kəndi ərazisində qeydə alınıb.






Belə ki, hərəkətdə olan "Vaz-2107" markalı minik avtomobili yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Cəlilov İzzət Saleh oğlunu vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.


Faktla bağlı araşdırma aparılır.