Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub.


Moderator.az xəbər verir ki, hadisə aprelin 10-u saat 15 radələrində baş verib.






Belə ki, şəhər sakini 2019-cu il təvəllüdlü Aylin Zaur qızı Mustafazadə ehtiyatsızlıqdan evin qarşısındaki kanala düşərək boğulub.


A.Mustafazadənin meyiti sudan çıxarılıb.


Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.