Futzal üzrə Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirib.
 




Moderator.az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ardıcıl ikinci dəfə qarşılaşdığı Gürcüstan yığmasına bu dəfə 2:5 hesabı ilə uduzub.
 
Görüş Tbilisi şəhərindəki İdman Sarayında keçirilib.
 
Xatırladaq ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş görüşdə meydan sahibləri 4:2 hesablı qələbə qazanmışdı.
 
Aprelin 13-də və 15-də isə komanda Aktauda Qazaxıstan millisi ilə yoldaşlıq matçları keçirəcək.