"Barselona" klubunun futbolçusu Lamin Yamal İspaniya La Liqasında yeni rekord müəyyənləşdirib.
 




Moderator.az xəbər verir ki, cinah oyunçusu buna XXXI turda "Espanyol"la matçda iştirak etməklə nail olub.
 
Qarşılaşmada 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan Yamal yerli çempionatında 100-cü matçına çıxıb. O, bunu 18 yaş 272 günündə bacarıb.
 
Beləliklə, gənc vinger "Real"ın sabiq üzvü Raul Qonsalesin (19 yaş, 284 gün) rekordunu qırıb.
 
Xatırladaq ki, "Barselona" "Espanyol"u 4:1 hesabı ilə məğlub edib.