Ağcabədi rayonunda şadlıq saraylarından birində ölüm hadisəsi qeydə alınıb.


Moderator.az "Trend"ə istinadən xəbər verir ki, hadisə Hindarx qəsəbəsində baş verib.






Rayon sakini, 1991-ci il təvəllüdlü Samir Vidadi oğlu Nəcəfovun məclis zamanı qəfil halı pisləşib.


O, yaxınları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda həyatını itirib.


Faktla bağlı araşdırma aparılır.