Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ qeydə alınıb.
 




Moderator.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
 
Bildirilib ki, yerli vaxtla 03:03-də qeydə alınan zəlzələnin ocağı 29 kilometr dərinlikdə olub.
 
Xatırladaq ki, aprelin 4-dən etibarən Xəzərin dibində 12 dəfə güclü təkanlar qeydə alınıb. Bunlardan ən güclüsü 5.3 bal olub.