Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulur.


Moderator.az xəbər verir ki, son oyun günündə keçiriləcək qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.






İspaniyadakı ilk matçda “Bavariya”ya 1:2 hesabı ilə uduzan “Real” Almaniyada səfər oyununa çıxacaq.


Qeyd edək ki, “Real” və  “Bavariya” arasındakı görüşlər  “Avropa Klasikosu” adlanır.


***


Matç başladı.



***


Arda Güler 37-ci saniyədə hesabı açdı.



***


Aleksandr Pavloviç 7-ci dəqiqədə hesabı bərabərləşdirir.



***


Arda Güler 29-cu dəqiqədə cərimə zərbəsindən qol vuraraq, dublunu rəsmiləşdirir.



***


Harri Keyn 38-ci dəqiqədə hesabı bərabərləşdirir.



***


Kilian Mbappe 42-ci dəqiqədə komandasını önə çıxarır.



***


Fasilə.


***


İkinci hissə başladı.


***


Kamavinqa 86-cı dəqiqədə qırmızı vərəqə alaraq, meydandan qovuldu.


***


Luiz Diaz 89-cu dəqiqədə hesabı bərabərləşdirir. Münxhen təmsilçisi ümumi hesabda 5:4 öndədir.


***


Mayk Olise 90+4-cü dəqiqədə komandasını önə çıxarır. Bununla da matç 4:3 hesabı ilə başa çatdı. Ümumi nəticədə 6:4 öndə olan münxenlilər yarımfinala vəsiqə qazanırlar. Yarımfinalda “Bavariya”nın rəqibi PSJ olacaq.