Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı on nəfərə çatıb.
 




Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
 
Məlumata görə, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən şagirdlərdən biri - Yusuf Tarık Gülün həyatını xilas etmək mümkün olmayıb.
 
Hadisə ilə bağlı saxlanılan şəxslərinin sayının isə 20 nəfərə çatdığı bildirilir.