"Xəzər dənizində kruiz daşımalarının başlanması perspektivlidir".


Moderator.az "Report"a istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.






Onun sözlərinə görə, sözügedən təşəbbüs turistlərin Xəzəryanı ölkələrin dəniz limanlarına səfər etməsinə yeni imkanlar yarada bilər:


"Bu istiqamətdə layihələrin həyata keçirilməsi regionda turizm əməkdaşlığının daha da genişlənməsinə töhfə verəcək. Xəzər hövzəsində kruiz daşımalarının təşkili həm iqtisadi, həm də humanitar əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir".