Sabirabadda içərisində 20-yə yaxın şagird olan mikroavtobus aşıb.


Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Osmanlı kəndində baş verib.






 



 


Şirvandan hazırlıq kursundan şagirdləri evlərinə aparan "Mercedes" markalı mikroavtobusun qarşısına heyvan çıxması nəticəsində yoldan çıxaraq aşdığı bildirilir.


20-yə yaxın şagird avtomobildən çıxarılıb. Məlumata görə, ciddi xəsarət alan olmayıb.


Faktla bağlı araşdırma aparılır.