Azərbaycan Basketbol Liqasından pley-off mərhələsində daha bir matç keçirilib.


Moderator.az-ın məlumatına görə NTD və "Neftçi" komandaları üz-üzə gəlib.






Bakı İdman Sarayında baş tutan görüşdə "Neftçi" komandası 119:99 hesablı qələbə qazanıb.


Qeyd edək ki, NTD ilk dueldə qalib gəldiyi (97:94) üçün yarımfinala adlayan tərəf komandalar arasında keçiriləcək üçüncü görüşdə müəyyənləşəcək.