Azərbaycanlı hakim İmran Məhərrəmov amputant futbolu üzrə Avropa Liqasına təyinat alıb.
 




Moderator.az xəbər verir ki, bu barədə Avropa Amputant Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Təmsilçimizlə yanaşı, daha 7 referi turnirdə söz sahibi olacaq.
 
Avropa Liqası aprelin 23-dən 25-dək Türkiyənin Ankara şəhərində keçiriləcək.