Rusiya Prezidenti Vladimir Putin cümə günü Təhlükəsizlik Şurasının daimi üzvləri ilə RF-nin MDB ölkələri ilə münasibətlərini müzakirə edir.


Bu barədə Moderator.az Rusiya mediasına istinadən xəbər verir.






"Bu gün prinsipcə daimi əsasda məşğul olduğumuz məsələni müzakirə edəcəyik. Bu, ən yaxın qonşularımızla - MDB ölkələri ilə qarşılıqlı əməkdaşlıqdır", - o, müşavirənin əvvəlində bildirib.


Putin Rusiyanın MDB ölkələri ilə xüsusi münasibətlərini qeyd edib.