Şəmkirdə yanğın hadisəsi baş verib.


Moderator.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.








Belə ki, rayonda yerləşən Nəriman Nərimanov adına 2 mərtəbəli, ümumi sahəsi 900 kvadratmetr olan məktəbdə yanğın başlayıb.


Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.


Hadisə nəticəsində məktəbin kompüter otağında 30-a yaxın kompüterin 7 ədədi yanıb.


Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb. Araşdırma aparılır.