Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Yəmən Respublikasının Baş naziri, xarici işlər və mühacirlər naziri Şaya Möhsin Zindani ilə görüşüb.


Moderator.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.








Görüş V Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.


Tərəflər siyasi dialoqu və ikitərəfli münasibətlərin gücləndirilməsi yollarını müzakirə ediblər.


Həmçinin görüşdə çoxtərəfli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.