Almaniyanın Kansleri Fridrix Merts qeyd edib ki, İrandakı münaqişə Amerika Birləşmiş Ştatları ilə münasibətləri risk altına atmamalı və stres-testə çevrilməməlidir.


Moderator.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.






"Bu müharibə transatlantik səviyyədə stres-test olmamalıdır. Biz hazırda bu xüsusda birlikdə müəyyən nəticələr çıxarmalıyıq. Əgər planlaşdırdığımız addımlar uğursuz olarsa, bizi ciddi və çoxşaxəli qlobal böhran gözləyir", - deyə Merts vurğulayıb.


Xatırladaq ki, D.Tramp bundan əvvəl bildirmişdi ki, ABŞ-nin NATO-dakı müttəfiqləri İranda onlara dəstək verməkdən imtina etməklə özlərinə problem yaradıblar.


Bundan başqa "The Wall Street Journal" nəşri isə Trampın alyansı tərk etmək hədələri fonunda Avropada "Avropa NATO-su"nun yaradılması məsələsinin müzakirə olunduğu ilə bağlı məqalə dərc etmişdi.