Ağdamda 25 yaşlı gənc traktorun aqreqatının altında qalaraq həyatını itirib.
 




Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndi ərazisində qeydə alınıb.
 
Kənd sakini, 2001-ci il təvəllüdlü Hikmət Sadiq oğlu Mahmudlu kənd təsərrüfatı işləri ilə məşğul olarkən traktora qoşulmuş torpaqüyüdən aqreqatın altında qalıb.
 
H. Mahmudlu aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
 
Faktla bağlı araşdırma aparılır.