Sumqayıt şəhərində gəncin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.
 




Moderator.az bildirir ki, "Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin futbol meydançalarının birində qeydə alınıb.
 
Belə ki, 2003-cü il təvəllüdlü Əliyev Müsü Etibar oğlu futbol oynayarkən qəfil halı pisləşib.
 
Ətrafdakı şəxslərin köməkliyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.