Bu gün Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulacaq.


Moderator.az xəbər verir ki, turun son oyun günündə 2 qarşılaşma baş tutacaq.






Günün ilk matçında “Kəpəz” “İmişli”ni qəbul edəcək. Qarşılaşma saat 15:30-da Yevlax şəhər stadionunda keçiriləcək. Hazırda Gəncə təmsilçisi 21 xalla turnir cədvəlində 11-ci, "İmişli" klubu isə 26 xalla 9=cu pillədə qərarlaşıb.


Günün növbəti qarşılaşmasında isə "Sumqayıt" və "Qəbələ" münasibətlərə aydınlıq gətirəcəklər. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç saat 18:00-da başlayacaq. “Gənclik şəhəri” təmsilçisi hazırda 32 xalla 7-ci yerdədir. ."Qəbələ" isə 19 xalla 11-ci pillədə yer alıb.


Azərbaycan Premyer Liqası


XXVIII tur


18 aprel


15:30. "Kəpəz" – "İmişli"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov


VAR: Elvin Bayramov


AVAR:Rəşad Əhmədov


Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Yevlax şəhər stadionu


19:30. "Sumqayıt" – "Qəbələ"

Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə


VAR: Kamranbəy Rəhimov


AVAR: Əkbər Əhmədov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Erkin Hüseynov


Mehdi Hüseynov adına Sumqayıt şəhər stadionu