Sabahın havası meteohəssas insanlarda narahatlıq hissi yarada bilər - XƏBƏRDARLIQ
19 Apr 2026, 15:59 3 baxış 1 dəq oxuma
Tibbi-meteoroloji proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a bildirilib ki, aprelin 20-də Abşeron yarımadasında fasilələrlə yağıntılı və xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.