Bakıda şadlıq sarayında yanğın olub.
 




Moderator.az bildirir ki, hadisə Xətai rayonu, Xocalı prospektindəki şadlıq saraylarından birində baş verib.
 
Fövqəladə Hallar Nazirliyindən Moderator.az-a verilən məlumatda bildirilib ki, hadisə şadlıq evinin tüstü bacasında baş verib:
 
"Tüstü bacasında yığılmış yağ qalıqları yanıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb".